Rakitiç “Barselona”ya qələbə qazandırdı

İspaniya La Liqasında 31-ci turun oyunları keçirilir. Bu gün daha üç qarşılaşma baş tutub.

Madrid “Atletiko”su “Levante”ni sınağa çəkib və səfərdə minimal hesabla üstün olub.

“Valyadolid” – “Xetafe” matçında qalib müəyyənləşməyib.

Ötən tur xal itkisi ilə üzləşən “Barselona” isə bu dəfə “Atletik”i minimal hesabla üstələyib.

İspaniya La Liqası

31-ci tur

“Barselona” – “Atletik” 1:0

Qol: Rakitiç, 71.

“Levante” – “Atletiko” 0:1

Qol: B.Qonsales, 15-öz qapısına.

“Valyadolid” – “Xetafe” 1:1

Qol: E.Ünal, 45+5-pen – Mata, 41.