İsraildə daha 10 məktəbdə yoluxma qeydə alınıb

İsraildə koronavirusa görə 139 məktəb və uşaq bağçası bağlanıb.

Məlumatı İsrailin Təhsil Nazirliyi yayıb.

Bildirilib ki, son sutkada daha 10 təhsil müəssisəsində COVID-19 aşkarlanıb.

İsraildə 428 məktəbli, müəllim və təhsil müəssisəsinin əməkdaşı koronavirusa yoluxub. Bu həftə daha 63 təhsil ocağı bağlanacaq. 1 909 şagird və müəllim koronavirusa yoluxduğu üçün karantində saxlanılır.

Qeyd edək ki, İsraildə son sutkada 148 nəfər yoluxub, 1 pasiyent isə ölüb. Ölkə üzrə 18 180 nəfər yoluxub, 299 nəfər isə pandemiyanın qurbanı olub.