Beş il əvvəl itkin düşmüş neftçinin cəsədi tapılıb (YENİLƏNİB)

Beş il əvvəl itkin düşmüş neftçinin cəsədi tapılıb

2015-ci il dekabrın 5-də “Günəşli” yatağında 10-cu dəniz platformasında baş vermiş partlayış və yanğın nəticəsində itkin düşmüş daha bir neftçinin cəsədi tapılıb. Bu barədə Turan-a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı bildirib.

Onun sözlərinə görə, həlak olan şəxsin neftçi Elşad Rəsulov olduğu müəyyən edilib. Bu gün cəsəd mərhumun ailəsinə veriləcək.

Xatırladaq ki, 2015-ci il dekabrın 4-də “Günəşli” dəniz yatağının platformasında partlayış və yanğın baş verib. Yanğın zamanı 33 nəfər təxliyə edilib, 30 işçini isə xilas etmək mümkün olmayıb. Sonradan onlardan 12-nin cəsədi tapılıb. Bir ay əvvəl daha iki neftçinin cəsədi tapılıb.(turan.az)