Ukraynada “RİA Novosti”nin rəhbəri həbs olunub

Ukraynanın Herson məhkəməsi  “RİA Novostinin” Ukrayna bölməsinin rəhbəri Kiril Vışinski barəsində həbs qətimkan tədbiri seçib.

Hüquq-mühafizə orqanları rus jurnalisti Ukrayna Cinayət Məcəlləsinin 111-ci maddəsi ilə – dövlətə xəyanətdə ittiham edib.

İlkin məlumata görə, K. Vışinski Donbassdakı silahlı rejimin fəaliyyətini fəal şəkildə təbliğ etdiyinə görə həbs olunub.

Prokurorun sözlərinə görə, digər qətimkan tədbiri seçilsəydi jurnalist sübutları məhv edə və ya ölkədən qaça bilərdi.

KİV rəhbərinin xanımı İrina Vışinskaya bildirib ki, ərinin həbsi barədə məlumatı internetdən öyrənib: “Həyat yoldaşımın sürücüsünə zəng etdim. O, hadisənin avtodayanacaqda baş verdiyini, mülki uniformada olan 5 nəfərin ərimə yaxınlaşaraq onu tutduqlarını və avtomobilə əyləşdirərək apardıqlarını söylədi”.

Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib ki, rəsmi Moskva Ukraynaya qarşı adekvat cavab tədbirləri görəcək. (qafqazinfo)

%d bloqqer bunu bəyənir: