Sahil Babayev 4 DSMF müdirini işdən çıxardı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kadr dəyişikliklərini davam etdirir.
Azadpress.info Mia.az-a istinadən xəbər verir ki, S.Babayevin əmri ilə ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Yasamal, Suraxanı, Xətai və Sabunçu rayon şöbələrinin müdirləri də işdən kənarlaşdırılıb.
Qeyd edək ki, DSMF-nin Suraxanı şöbəsinin müdiri Şahalı Cəbiyev sabiq arapat rəhbəri Əjdər Cəbiyevin qardaşıdır.
Bundan əlavə, Nazirliyin daxili nəzarət şöbəsinin müdiri, eləcə də aparatın ümumi şöbənin müdiri işdən çıxarılıb.
%d bloqqer bunu bəyənir: