Elmar Məmmədyarov Parisdə ATƏT MQ-nin həmsədrləri ilə görüşüb

Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bu gün Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

Azərbaycanda və Ermənistanda seçki proseslərinin başa çatması nəzərə alınaraq, danışıqların intensiv formada davam etməsinin əhəmiyyəti qeyd edilib.

Məmmədyarov öz növbəsində Bakının buna hazır olduğunu bildirib, bu barədə XİN-in rəsmi nümayəndəsi Hikmət Hacıyev bildirib.

Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin danışıqlar prosesinin təşviqi ilə bağlı planlaşdırdıqları tədbirlər ətraflı şəkildə müzakirə olunub.(turan.az)

%d bloqqer bunu bəyənir: