Bayıl qəsəbəsində yeni sürüşmə zonası?

Bayıl qəsəbəsindəki (Buxta küçəsi, 9) 16 mərtəbəli binanın yaxınlığında ekzogen proses müşahidə olunmaqdadır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

O deyib ki, zonada baş verən proseslər son günlərdə sürətlənib və burada yaşayan əhali üçün təhlükə yaranıb.

Torpaqda çatların əmələ gəlməsinin aktivləşməsinin dəqiq səbəblərini müəyyən etmək mümkün deyil. Onlar müxtəlif ola bilər.

Xatırladaq ki, Bayıl adətən sürüşmə zonası hesab olunur və vaxtaşırı burada torpaq kütləsinin hərəkəti aktivləşir ki, bu da böyük sayda əhalinin köçürülməsinə səbəb olur.(turan.az)

%d bloqqer bunu bəyənir: