Yerevanda etirazçılar dövlət orqanlarını mühasirəyə alıb

Etiraz aksiyası iştirakçıları Yerevanda bir sıra hökumət binasını mühasirəyə almağa başlayıb. Mitinq iştirakçıları Baş Prokurorluq, XİN, Ermənistan Diaspora Nazirliyini və Dövlət Gəlirləri Komitəsini əhatəyə alıblar. Dövlət müəssisələrinin qapılarının bağlı olduğu bildirilir. Etirazçılar hökumət binalarının qaşısında oturaq aksiyaya başlayıblar. Etiraz aksiyalarına liderlik edən deputat Nikol Paşinyan ölkədə “xalq məxməri inqilabı”nın başlandığını elan edib.

%d bloqqer bunu bəyənir: