Serj Sarkisyan Baş nazir oldu

Etirazçılar ”məxməri inqilab” çağırışları etdi

Aprelin 17-də Ermənistan parlamenti yeni Baş nazirini seçib. Açıq səsvermə ilə keçmiş prezident Serj Sarkisyan Baş nazir seçilib. Səsverməyə qatılan 93 deputatdan 17-si “yox”, 76-sı “hə” deyib.

Məlumatı “T24” saytı yayıb (http://t24.com.tr/haber/ermenistanda-serj-serkisyan-basbakan-secildi,607710).

Serj Sarkisyan Baş nazirliyə yeganə namizəd olub.

Aprelin 9-da Ermənistanda prezident seçkiləri keçirilib və Ermənistanın Böyük Britaniyada səfiri olmuş Armen Sarkisyan prezident seçilib.

Bir neçə gündür Ermənistanda minlərlə insan keçmiş prezident Serj Sarkisyanı hakimiyyətdə saxlayacaq yeni hökumət dəyişiklliyinə etiraz edir. Onlar Yerevanın mərkəzi meydanına yığışıb.

Serj Sarkisyanın partiyası parlamentdə çoxluğa malikdir və yeni qanuna əsasən hakim partiya Baş nazirliyə onun namizədliyini irəli sürmüşdü.

%d bloqqer bunu bəyənir: