Sənaye istehsalında artım var

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin birinci rübündə Azərbaycanda 11,1 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 2 faiz çoxdur.

Məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9 faiz, neft sektorunda 0,9 faiz artıb. İstehsalın 73,5% emal sənayesinin payına düşür. Eyni zamanda, neft hasilatı 2,2% artıb, əmtəəlik qaz istehsalı 5,8% azalıb.(turan.az)

%d bloqqer bunu bəyənir: