“Neftçi” klubu azarkeşlərə sürpriz edib

Neftçi” futbol klubu azarkeşlərə sürpriz edib.

“Report”un paytaxt təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Neftçi”nin Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə cavab qarşılaşmasına giriş sərbəst olacaq.

Aprelin 18-də “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” səfərdə keçirdiyi ilk matçda 2:1 hesabı ilə qalib gəlib.

%d bloqqer bunu bəyənir: