Deputat Astan Şahverdiyevin axşam saatlarında oteldə ölüb

Millət vəkili Astan Şahverdiyevin ölümü ilə bağlı bəzi məqamlar aydınlaşıb. 
Azadpress.info Lent.az-a istinadən xəbər verir ki, deputat Qusarın Çiləgir kəndində yerləşən “Chateau” otelində ürək tutmasından ölüb.
Oteldən bildirilib ki, A.Şahverdiyev dünən axşam saatlarında otel nömrəsində qəfil ürək tutmasından vəfat edib. Təcili tibbi yardıma müraciət edilsə də, artıq gec olub.
A.Şahverdiyev Bakıda – “Qurd qapısı” qəbiristanlığında dəfn edilib.
%d bloqqer bunu bəyənir: