ABŞ Moskva üzərinə Suriyaya görə yeni sanksiyalar elan edəcək

Birləşmiş Ştatlar Moskvanın Suriya prezidenti Bashar al-Assad-a dəstəyinə görə Rusiyanın üzərinə yeni sanksiyalar qoymağı planlaşdırır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley aprelin 15-də televiziya ilə çıxışında deyib ki, maliyyə naziri Steven Mnuchin yeni sanksiyaları aprelin 16-da elan edəcək.

Haley bildirib ki, bu sanksiyalar birbaşa Assad-ın avadanlıqla təchizatına və onun kimyəvi silahlardan istifadəsinə bağlı şirkətləri hədəfləyəcək”.

Səfir bildirib ki, bu sanksiyalar müvafiq şəxslər və şirkətlər üçün güclü mesaj olmalıdır.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın ABŞ-ın planlaşdırılan sanksiyalarından xəbərdar olduğunu təsdiq edib.

Zaxarova Rusiya televiziyası ilə çıxşında deyib ki, “biz reallıqla heç bir əlaqəsi olmayan bu sanksiyalardan xəbərdarıq”.

“Əvvəllər onlar bizi Ukraynaya görə cəzalandırırdılar. İndi mətn dramatik şəkildə dəyişib. İndi onlar bizi sadəcə olaraq qlobal meydanda olduğumuza görə cəzalandırırlar”.

ABŞ, Birləşmiş Krallıq və Fransa Suriya hökumətinin ötən həftə əhali üzərinə iddia edilən kimyəvi hücumuna cavab olaraq aprelin 14-də Suriyaya hava zərbələri endiriblər.

Pentaqon bəyan edib ki, hava zərbələri Suriyanın kimyəvi silah qüdrətinin “ürəyinə” tuşlanmışdı.

Assad-ın dəstəkçisi olan Rusiya isə bu zərbələri beynəlxalq qanunların və BMT xartiyasının kobud şəkildə pozulması adlandırıb və bildirib ki, bu hərəkət Suriya münaqişəsinin siyasi həllini mürəkkəbləşdirib.

ABŞ rəsmiləri Rusiyanı 2013-cü ildə Suriyanın kimyəvi tərksilahını təmin etmədiyinə görə tənqid edirlər. Assad-ın kimyəvi silahlarının ləğv edilməsinin qarantı məhz Moskva idi.

Moskva bu vəzifəni öz üzərinə Assada qarşı ABŞ hava zərbələrinin qarşısını almaq üçün götürmüşdü.

O vaxt hökumət qüvvələrinin Dəməşq ətrafına kimyəvi silahla hücumu yüzlərlə insanın ölümü ilə nəticələnmişdi.

Haley daha sonra deyib: “Bizim indi atdığımız siyasi və diplomatik addımlar Suriyanın dostları olan Rusiya və İranı vədimizin ciddiliyinə və onların da bundan ziyan çəkəcəklərinə inandırmaq üçündür”.(azadliq.info)

%d bloqqer bunu bəyənir: