Məhəmməh Salah:”Messi kimi futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm”

İngiltərənin “Liverpul” klubunun yarımmüdafiəçisi Məhəmməd Salah İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi ilə müqayisə olunmasına münasibət bildirib.

Misirli futbolçu bu müqayisənin onun üçün xoş olduğunu söyləyib.

“Belə bir futbolçu ilə müqayisə olunduğuma görə sevinirəm. Messi uzun illərdir futbolun zirvəsindədir və hörmətə layiq futbolçudur. Mən yalnız vurduğumuz qolların sayına görə müqayisədən danışa bilərəm”, – o deyib.
Qeyd edək ki, Məhəmməh Salah İngiltərə Premyer Liqasının 31-ci turunda “Uotford”la (5:0) qarşılaşmada 4 qol vurub. (report)

%d bloqqer bunu bəyənir: