Yəmənin baş naziri:”Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi olmadan Yəmənə qarşı təcavüz etmək qüdrətində olmazdı”

Yəmənin baş naziri bildirib ki, Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi olmadan Yəmənə qarşı heç vaxt təcavüz etmək qüdrətində olmazdı.

Baş Nazir Əbdul Əziz bin Habtour deyib: “Gizli deyil ki, ABŞ-ın maddi-texniki dəstəyi olmadan, əsasən də qırıcı təyyarələrə loqistik dəstəyi olmadan Səudiyyə Ərəbistanı və yaxud hər hansı digər bir ölkə heç vaxt Yəmənə qarşı
hava hücumları həyata keçirmək iqtidarında olmazdı.”

O əlavə edərək deyib: “ABŞ-ın Səudiyyəyə silah-sursat satması bu dəstəyin açıq-aşkar sübutlarındandır.”

2015-ci ilin mart ayında Səudiyyə Ərəbistanı Yəmənə hücum edərək orada özündən asılı olan hökuməti bərpa etmək istəməsindən bəri ABŞ loqistik dəstəkdən başqa Səudiyyəni xeyli sayda silah-sursatla təmin edib.Bu silah-sursat södəvələşməsinə həmçinin keçən ilin may ayında ABŞ prezidenti Donald Trampın krallığa səfəri zamanı imzalanan 110 milyard dollarlıq silah satışı da daxildir.Səudiyyənin Yəmənə qarşı amansız təcavüzü nəticəsində 13 600 nəfərdən
çox insan həlak olmuş və Yəmən dünyanın ən şiddətli humanitar böhranını yaşayan ölkəyə çevrilmişdir.

Habtour said Yemen is facing the war to achieve independence.”Otherwise, it will stay under US and Saudi domination,”he said.

Habtour deyib ki, Yəmən müstəqillik əldə etmək üçün mübarizə aparır. Əks halda ölkə ABŞ və Səudiyyənin hökmranlığı altında qalacaq.

Yəməm baş naziri həmçinin deyib ki, onun ölkəsinin dünyanın istənilən ölkəsi ilə münasibət qurmaq haqqı var.

Habtour həmçinin Səudiyyə və ABŞ-ın Yəmənin İrandan silah-sursat alması haqqında olan ittihamlarına da açıqlama verib.

O deyib: “Biz İrandan dəstək almağa etiraz etmirik, ancaq İranın özünün çətinlikləri var. İran ABŞ-ın təziqi altındadır. İran bizim mövqeyimizi media vasitəsilə və siyasi arenada dəstəkləyir.”(Press Tv)

%d bloqqer bunu bəyənir: