Neymar PSJ-yə şərt qoyub

Braziliyalı ulduz futbolçu Neymar PSJ klubuna şərt qoyub.

Hücumçu Paris klubunda qalması üçün maaşının artırılmasını istəyib. İddiaya görə, Neymar PSJ-dən həftəsinə 1 milyon funt-sterlinq (1,3 milyon avro) tələb edib.

Neymarın Fransada çox darıxdığı da bildirilir. Oyunçunun “5 aydır burdayam amma 5 ildir kimi hiss edirəm”,-dediyi də vurğulanır.

Qeyd edək ki, Neymar 2017-ci il yay transfer dönəmində 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib.(qafqazinfo)

%d bloqqer bunu bəyənir: