Yəməndə uşaq qətliamı davam edir

ABŞ, İngiltərə və Səudiyyə Ərəbistanın Yəmənə qarşı birgə yürütdükləri amansız siyasət nəticəsində Yəməndə insan qətliamı, məxsusəndə uşaqların qətliamı hələdə davam edir.

Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondunun (YUNİSEF) Orta Asiya və Şimali Afrika üzrə bölgə direktoru Gert Kappelaere Yəmən müharibəsində indiyədək 5 mindən çox uşağın həyatını itirdiyini açıqlayıb.

Gert Kappelaere bildirib ki, Yəməndə hər gün 130-dan çox uşağın aclıq və ya xroniki xəstəliyə görə həyatını itirir.

YUNİSEF tərəfindən yayımlanan hesabatda qeyd olunub ki, Səudiyyə Ərəbistanın Yəmənə qarşı tətbiq etdiyi blokadanın davam etməsi yəmənli uşaqlar arasında ölümlərin daha da artmasına səbəb olacaq. 11 milyonunu uşaqların təşkil etdiyi 20 milyon yəmənli təcili humanitar yardıma möhtac halda yaşayır və bu ölkədəki faciə, dünya miqyasında ən faciəvi humanitar faciədir.

Dünya Səhiyyə Təşkilatı və YUNİSEF-in birgə bəyanatına görə, hazırda 150 min yəmənli uşaq aclıqdan əziyyət çəkir və bu vəziyyətə müdaxilə edilməsə, sözügedən uşaqlar arasında ölüm halları artacaq.

Qeyd edək ki, bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı 18 milyon yəmənlinin humanitar yardıma ehtiyacı olduğunu bəyan etmişdi. YUNİSEF isə müharibədən ən çox uşaqların təsir gördüyünü deyərək, hər 10 dəqiqədə 1 yəmənli uşağın aclıqdan həyatını itirdiyini bildirib.

Xatırladaq ki, 2015-ci ilin martından Səudiyyə rejiminin Yəmənə qarşı hərbi təcavüzü nəticəsində indiyədək 14 mindən çox dinc sakin həlak olub və ya yaralanıb. Hazırda ölkədə 20 milyon nəfər – əhalinin 70 faizinin humanitar yardıma ehtiyacı var. 3 milyon nəfər evini tərk etməyə məcbur olub. Səudiyyə Ərəbistanının yoxsul Yəmənə qarşı hərbi təcavüzü Yəmənin ərzaq və dərman çatışmazlığı ilə üz-üzə qoyub və bu ölkədə yoluxucu xəstəliklərin geniş yayılması ilə nəticələnib. BMT Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanı Yəməndəki münaqişədə uşaqların qətlində və yaralanmasında təqsirkar olan təşkilatların siyahısına daxil edib. (eastnews.org)

%d bloqqer bunu bəyənir: