Yunanıstan futbol liqasını qeyri-müəyyən müddətə ertələyib

Yunanıstan futbol liqasını qeyri-müəyyən müddətə ertələyib. Səbəb PAOK komandasının rusiyalı sahibinin mübahisəli qolla bağlı oyun meydançasına silahla çıxmasıdır.

Ümumdünya futbol federasiyası martın 12-də Yunanıstan hakimiyyətini PAOK rəhbəri Ivan Savvidis-ə qarşı dərhal tədbir görməyə, ya da mümkün sanksiyalara hazır olmağa çağırıb.

Martın 11-də Savvidis mühafizəçilərin əhatəsində iki dəfə meydançaya girib. Onun belində tapança olub, ancaq ona əl atmayıb.

90-cə dəqiqədə Fernando Varela Afinanın AEK komandasının qapısında top keçirib. Bununla selanikli ev sahibi PAOK 1-0 hesabıyla önə çıxıb.

Hakim əvvəlcə qolu qəbul etsə də, sonradan onu ofsayt vəziyyətinə görə saymayıb. Sonucda oyun dayandırılıb.

Polis martın 12-də bildirib ki, silah saxlamağa olan lisenziyası olan Savvidis-in meydançaya qanunsuz daxil olması, idman məkanında xəsarət törədə biləcək obyektə sahibliyi üzrə araşdırma aparılır.

Savvidis-in Rusiyadakı Agrocom Group şirkətinin sözçüsü Tatyana Gordina biznesmenin hədələyici hərəkət etmədiyini deyib.

Avropa və dünya futbol qurumları bu insidenti pisləyib.

Yunanıstanın idman nazirinin müavini Giorgos Vasileiadis ölkənin baş naziriylə görüşdən sonra deyib ki, liqadakı oyunlar dayandırılır.

Savvidis PAOK-u 2012-ci ildə alıb. O, Gürcüstanda doğulub, Rusiya və Yunanıstanda bizneslə məşğuldur. 1990-cı illərdə Rusiyanın cənubunda siqaret fabrikini özəlləşdirməklə sərvət yığmağa başlayıb.(AzadliqRadiosu)

%d bloqqer bunu bəyənir: