Müsavat Partiyası müxalifətin növbəti mitinqlərində iştirak edəcək

Müsavat Partiyasının üzvləri müxalifətin növbəti mitinqlərində iştirak edəcəklər. Bu fikir Müsavat Partiyası Divanının bugünkü iclasında səslənib. İclasda daha kütləvi mitinqlərin baş tutması üçün partiyanın bütün resurslarından istifadənin vacibliyi qeyd olunub.

Həmçinin vurğulanıb ki, hakimiyyətin bütün maneələrinə baxmayaraq, 10 mart mitinqi yüksək səviyyədə keçib.

Qeyd edək ki, ölkənin aparıcı müxalifət partiyalarından biri olan Müsavat Partiyasının üzvləri uzun müddətdən sonra ilk dəfədir ki, digər aparıcı müxalifət partiyası -Xalq Cəbhəsi Partiyasının üzvləri ilə birlikdə mitinqdə iştirak ediblər.(turan.az)

%d bloqqer bunu bəyənir: