Mirşahin Ağayev:”Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm!!!”

“Real TV” bu gün peyk yayımına başlayacaq.

“Azərspace-1” peykindən yayımlanacaq telekanalda əsasən keçmiş ANS-çilər toplaşıb.

Yeni kanalın rəhbəri, tanınmış jurnalist Mirşahin Ağayev sosial şəbəkələrdə onu tənqid edənlərə sərt cavab verib.

  “Bəli, qayıdir Mirşahin, hazırlaşın, narahat olmayın, təhqir edilməyəcəksiz, ona görə ki, bu mənim xarakterimcə deyil, amma layiq olduğunuz cavabı mütləq alacaqsınız. Barəmdə şərh,  daha doğrusu şər yazanlar, nə xoşunuza gəlmir, mənim düşərgəmi tanımırdınız ki? Mən əlbəttə dövlətimin yanındayam və sizinlə savaşanların önündə olacağam. Başqa cür olsaydı, təəccüblü olardı. Siz məni kiminsə söyüş dolu çıxışına istinadla təhqir edirsiniz. Amma mən sizi özüm açıb ortaya qoyacam ki, xalq əsl içinizi görsün. Tezliklə sırada olacam və 1 il 8 ay ərzində ünvanıma ulaşılanların əvəzi çıxılacaq! Mən Sizin ana və bacınızı söyməyəcəm, sadəcə … sevəcəm!!!”.

Qeyd edək ki, “Real TV” əsasən xəbər kanalı olacaq və kanala ANS-in keçmiş işçiləri dəvət edilib. Onlar arasında Ləman Ələşrəfqızı, Natiq Nailə oğlu, Səbinə Heydərova, Azər Qarayev, Afət Telmanqızı, Vüsalə Xanməmmədqızı kimi veteran ANS-çilər var.(olke.az)

%d bloqqer bunu bəyənir: