İlon Maskdan Marsla bağlı xəbərdarlıq: “Çox güman ki, öləcəksiniz”

“SpaceX” şirkətinin rəhbəri İlon Mask ABŞ-da təşkil edilən bir konfransda Marsa səfər edəcək ilk insanlarla bağlı fikir bildirib.

Mask səfərin çox riskli olduğunu bildirib: “Çox riskli və çətin tapşırıqdır. Ölüm ehtimalı çox yüksəkdir”.

Mask gələn il Marsa qısa sınaq uçuşlarının həyata keçirilə biləcəyini də bildirib:
“Düşünürəm ki, gələn ilin ilk yarısında qısa uçuşlar həyata keçirə biləcəyik”.
“SpaceX” şirkətinin 2022-ci ildə Marsa karqo daşıyacağını qeyd edən İlon bunun Qırmızı Planetin koloniyalaşmasında ilk addım olduğunu söyləyib.

Marsda həyatın həm mümkün həm də vacib olduğuna inanan Mask, “nüvə münaqişəsi zamanı üçüncü dünya müharibəsi ehtimalından qorxuram. Mars insan irqi üçün həm qurtuluş, həm də yenidən həyata gəlmək üçün lazımdır”, – deyib.(olke.az)

%d bloqqer bunu bəyənir: