Mitinq təşkilatçıları Bakı polisinə çağrılıb

Müxalifətin planlaşdırılan mitinqinin təşkilatçıları, Milli Şura və Müsavat Partiyası təmsilçiləri Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar. Onlarla mitinqin təşkili ilə bağlı söhbət aparılıb.

Bunu Milli Şuraya daxil olan AXCP rəyasət heyətinin üzvü İlham Hüseyn bildirib.

İ.Hüseynin deməsinə görə, polis mitinq təşkilatçılarına öncədən elan edilmiş şüarlardan kənara çıxmamaq, qanundankənar addımlar atmamaqla bağlı xəbərdarlıq edib.

Müxalifətçilər xəbərdarlıqla bağlı müvafiq protokollara imza atıblar.(azadliq.org)

%d bloqqer bunu bəyənir: