Məhkəmə Bağdadinin bacısına ölüm hökmü oxudu

İraqın Mərkəzi Cinayət Məhkəməsi terrora dəstək cinayətiylə ittiham olunan İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadinin bacısına ölüm hökmü çıxarıb.

Bu haqda İraq Ali Məhkəmə Rəhbərliyinin sözçüsü Abdussettar Bayraqdar yerli mətbuata məhkəminin qərarı ilə əlaqəli açıqlamasında deyib. Belə ki, A. Bayraqdar bildirib ki, Bağdadinin bacısı məhkəmədə, terror təşkilatına maddi-texniki dəstək verdiyini və Mosuldakı terroristlərə pul payladığını etiraf edib.

Qeyd edək ki, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin koalisiya qüvvələri tərəfindən endirilən aviazərbələr nəticəsində öldürülüb.(7news.az)

%d bloqqer bunu bəyənir: