Timsah məşhur jurnalisti parça-parça etdi

Böyük Britaniyadan olan məşhur jurnalist Pol Maklinin Şri-Lanka səfəri faciə ilə bitib. “The Financial Times”-ın tətildə olan 24 yaşlı əməkdaşı timsah tərəfindən parçalanıb.

Faciə sentyabr ayının 14-ü Şri-Lankanın cənub-şərqində “surfer”-lər arasında məşhur yerdə baş verib.

Jurnalist öz dostları ilə gölün sahilində dincələrkən suda əlini yumaq qərarına gəlib. Orada isə onu ova çıxmış timsah gözləyirdi. Yırtıcı Polu tutaraq, özü ilə suyun dərinliklərinə aparıb.

Onun dostları və sahildə dincələn digər insanlar isə kömək etməkdə aciz qalıblar, çünki timsah artıq onu sahildən uzaqlaşdırmışdı.

Jurnalistin parçalanmış bədənini ancaq ayın 15-i tapmaq olub.

islamazeri.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: