İlham Əliyev: “Bakı şəhərində orta əməkhaqqı, təxminən, 500 manatdan çoxdur”

“Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı, təxminən, 500 manatdan çoxdur”

Sentyabrın 15-də Prezidenti İlham Əliyev Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilən binasının açılışını edib.Dövlət başçısı deyib ki, Azərbaycan məktəbləri beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər:

“Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun”.

Prezident deyib ki, müəllimlərin əməkhaqları artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə çoxalıb:

“Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı, təxminən, 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir”.

meydan.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: