Şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir

Sentyabrın 16-sı Bakı və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi bildirilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin xəbərinə görə, yarımadada gecə 20-23, gündüz 29-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin günün ilk yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 21-26 dərəcə isti təxmin edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: