Qurban Qurbanov Sehiçi cəzalandırıb

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sərt qərar qəbul edib.

futbol11.az xəbər verir ki, təcrübəli mütəxəssis futbolçulardan birini – uzun müddətdir klubun uğurları üçün çalışan Bosniya və Herseqovina millisinin üzvü İbrahim Sehiçi cəzalandırıb. Belə ki, qolkiper qeyri-müəyyən müddətə əvəzedici komandaya göndərilib.

Qeyd edək ki, 29 yaşlı qapıçı Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda “Çelsi” ilə matçda kobud səhvlərlə yadda qalıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: