Nursultan Nazarbayev: “Quranın harasında bu barədə əmr var?”

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev jurnalistlərlə söhbət zamanı ölkədə gənclər arasında yayılan “yeni moda” ilə bağlı növbəti dəfə fikir bildirib. O, əlavə edib ki, bu “moda”  kişilərin balağı qısa şalvar geyinməsi ərəb ölkələrindən gəlir.

Onun sözlərinə görə, bütün bunlar qazax xalqının çoxəsrlik ənənələri ilə üst-üstə düşmür: “Gənclik adətlərimizdən imtina edir.”

“Balağı qısaldılmış şalvarlar – hər hansına ağsaqqalımızın bu cür geyindiyini görmüsünüz heç? Məgər qarının aşağısına kimi saqqal uzatmaq müsəlman qayda-qanunlarında var? Quranın harasında bu barədə əmr var? Bunlar bizim ənənələrimizə zərər vurur. Bunların arxasında nə cür xüsusiyyət var? Bütün bunlar bizə yaddır. Mən artıq bir dəfə demişəm, əgər demişəmsə də yerinə yetirməyə məcbur edəcəyəm. Ona görə də gənclərə səslənərək deyirəm, özünüzü belə şeylərdən qoruyun. Onların gələcəyi yoxdur…”, – deyə Nazarbayev qeyd edib.

islamazeri.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: