Milli Şura mitinqin vaxtın təyin edib

Milli Şura mitinq haqqında qərar verib.

Bu quruma daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, sentyabrın 23-ü aksiya keçirməkdən ötrü Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilib.ura

AXCP sədri dünyanın müxtəlif mətbu orqanlarında Azərbaycanla bağlı dərc olunmuş araşdırmalara istinad edərək deyib:

“Milli Şura Baş Prokurorluqdan korrupsiya yolu ilə ölkədən çıxarılmış milyardlarla dollarla bağlı cinayət işi başlamasını istəyib, lakin indiyədək nə prokurorluq cinayət işi başlayıb, nə də dövlət başçısı İlham Əliyev bununla bağlı izahat verib”, – o qeyd edib.

Kərimli bildirib ki, Milli Şura xalqın pullarının geri qaytarılmasını, günahkarların cəzalandırılmasını tələb edir.

Ancaq rəsmi qurumlardan, hələlik, bu aksiyaya hər hansı münasibət bildirilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: