Faiq Əmirlinin bağırsağında ciddi problem əmələ gəlib

“Azadlıq” qəzetinin yayım direktoru Faiq Əmirli-ni öz məhkəməsinə gətirməyiblər.

Hakim Vaqif Mursaqulov bildirib ki, F. Əmirlinin hansı səbəbdən gətirilmədiyi onlara bəlli deyil.

Hakimlər F. Əmirlinin haqqında hökmdən verilmiş apellyasiya şikayətinə onun iştirakı olmadan baxılması məsələsini müzakirəyə çıxarıblar. Amma vəkillər Aqil Layıcov və Fəxrəddin Mehdiyev buna etiraz ediblər. Müdafiəçilər məhkəmənin onun özünün iştirakı ilə keçirilməsini istəyiblər.

Bu səbəbdən məhkəmə sentyabrın 15-nə təxirə salınıb.

Vəkil Aqil Layıcov AzadlıqRadiosuna deyib ki, F. Əmirlinin sağlıq durumu ilə əlaqədar məhkəməyə gələ bilmədiyini düşünür. Müdafiəçinin sözlərinə görə, onun səhhətində ciddi problemlər var və durumu günü-gündən daha da pisləşir.

Sentyabrın 13-də həyat yoldaşı Lalə Əmirli bildirib ki, Faiqin yoğun bağırsağında şiş əmələ gəlib. O, həyat yoldaşı ilə telefon danışığı zamanı bundan xəbər tutub:

“Faiq müayinə olunub və ona deyiblər ki, yoğun bağırsağında ciddi problem əmələ gəlib, sol nahiyəsində şiş var. Öd kisəsindəki ağrılar da şiddətlənib, qaytarma halları da intensivləşib”.

azadliq.org

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: