Əli Kərimli Abbas Hüseynə olunan təhdidlər haqda yazıb

AXCP sədri Əli Kərimli şəxsi facebook səhifəsində, vicdan məhbusu Abbas Hüseynə olunan təhdidlər haqda yazıb.

3milyard dollarlıq oğurluq iqtidar üçün böyük bəlaya çevrilib. Avropa Parlamenti rejimin 3 milyard dollarlıq korrupsiyasını hərtərəfli araşdırmaq qərarı verdi. ABŞ-da Qlobal Maqnitski Aktı əsasında azərbaycanlı məmurlara qarşı sanksiyalara çağırış edildi. Avropanın 8 ölkəsində rejimlə bağlı korrupsiya araşdırması gedir. Və belə bir vaxtda hakimiyyət başını itirib, xalqın qəzəbini daha da körükləyən, qeyri-adekvat hərəkətlər edir. Müsəlman Birliyi Hərəkatının fəallarından, siyasi məhbus Abbas Hüseyni Qobustan həbsxanasında yenidən işgəncə və öldürməklə hədələyiblər. Adam təəccüb edir, yəni bunların arasında vəziyyətlərinin nə qədər ciddi olduğunu başa düşən heçmi qalmayıb? Abas Hüseyndən əl çəkin! Qan və işgəncə üzərində qurduğunuz xaniman çöküşə gedir. Öz dәrdinizi çəkin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: