Gözəl Bayramlının apelyasiya şikayəti təmin edilməyib

AXCP sədrinin müavini ailəsi ilə telefon əlaqəsi saxlaya bilmir

AXCP sədrinin müavini Gözəl Bayramlının apelyasiya şikayəti təmin edilməyib.

Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. Onun sözlərinə görə, Bakı İstintaq Təcridxasında saxlanılan Gözəl Bayramlı ailə üzvləri ilə telefon əlaqəsi saxlaya bilmədiyi üçün məhkəməyə müraciət edib. Sentyabrın 3-də keçirilən prosesdə Sabunçu Rayon Məhkəməsi vəkilin şikayətini geri qaytarıb.

Apelyasiya Məhkəməsinin hakimi Qail Məmmədov əvvəlki məhkəmə qərardadını qüvvədə saxlayıb.

Zibeydə Sadıqova onu da deyir ki, artıq Gözəl Bayramlının müalicəsinə başlanılıb.

Ombudsman Elmira Süleymanova da Bakı İstintaq təcridxanasında AXCP sədrinin müavini ilə görüşüb və onun şikayətlərini dinləyib.

G.Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən saxlanıb.

Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.

Mayın 26-da Səbail Rayon Məhkəməsinin hökmü ilə o, 3 ay müddətinə həbs edilib. Sonradan həbs müddəti artırılıb.

Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı və təmsil olunduğu AXCP həbsi sifarişli hesab edir.

meydan.tv

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: