Qasırğa Alabama ştatına yaxınlaşıb

ABŞ-ın Florida ştatında “İrma” qasırğası nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb

Bu barədə “Associated Press” agentliyi xəbər verib.

Ştatda tüğyan edən “İrma” qasırğası 6 milyondan çox sakini elektrik enerjisiz qoyub.

Ötən gün ABŞ prezidenti Donald Tramp “İrma” qasırğası ilə əlaqədar Florida ştatını təbii fəlakət zonası elan edib.

Qeyd edək ki, Corciya ştatında “İrma” qasırğası 2 nəfərin ölümünə səbəb olub. Hazırda “İrma” qasırğası Alabama ştatına yaxınlaşır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: