Azərbaycanın cənubunda zəlzələ qeydə alınıb

Sentyabrın 10-u Bakı vaxtı ilə saat 06:32-də Lənkərandan 20 km qərbdə Lerik rayonu ərazisində 3.6 maqnitudalı zəlzələ qeydə alınıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, 16 km dərinlikdə baş verən zəlzələ yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub. İnsan tələfatı və dağıntı barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: