Azərbaycan sığorta bazarı kiçilib

Azərbaycan sığorta bazarı kiçilib, ödənişlər isə illik müqayisədə 21% artıb.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandakı sığorta şirkətləri tərəfindən ümumilikdə 322,83 mln. manat həcmində sığorta haqqı toplanıb. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,77% azdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının verdiyi məlumata əsasən həmin dövr ərzində isə sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi 144,009 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 20,98% artım deməkdir.

Cari ilin ilk 7 ayı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı sığorta hadisələrinin ödənişinə yönəldilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 37 manat olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: