Annika Ben Devid: Azərbaycanda söz azadlığının vəziyyəti olduqca narahatedicidir

ABŞ, İsveç, ATƏT nümayəndələri yenidən “Turan” İnformasiya Agentliyinin (İA) direktoru Mehman Əliyevlə bağlı açıqlama yayıblar.

“Biz Mehman Əliyevin azadlığa buraxılmasını nəzərə alırıq, ancaq təəssüf edirik ki, o, indiyədək ev həbsindədir”, – İsveçin insan hüquqları, demokratiya və qanunun aliliyi üzrə səfiri Annika Ben Devid sentyabrın 11-də Varşavada ATƏT-in insan inkişafı üzrə konfransında deyib.

“Amerikanın səsi”nin xəbərinə görə, o, əlavə edib ki, Azərbaycanda söz azadlığının vəziyyəti olduqca narahatedicidir.

ABŞ nümayəndə heyətinin rəhbəri Devid Killion da “Turan” Agentliyi ilə bağlı vəziyyətdən və siyasi motivli ittihamlardan narahatlığını bildirib.

O, deyib ki, Azərbaycanda bir neçə informasiya saytı bloklanıb. Bunların arasında AzadlıqRadiosu-nun saytı da var:

“Bəzi jurnalistlər, o cümlədən Mehman Hüseynov, Əfqan Muxtarlı həbsdədir”

Öz növbəsində ATƏT-in mətbuat üzrə xüsusi nümayəndəsi Harlem Dezir hakimiyyəti “Turan” Agentliyinin fəaliyyətinin bərpasına şərait yaradılmasına səsləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: