Yeni sosial şəbəkə yaradılıb

Ukrayna yeni sosial şəbəkə yaratdı
Ukraynada “Woolik” adlanan yeni sosial şəbəkə yaradılıb.
Layihə rəhbərləri “Facebook”da bildiriblər ki, ukraynalılar çoxdan özlərinin milli sosial şəbəkəsinə layiqdirlər. Bu sosial şəbəkə ən yaxşı xarici analoqlardan geri qalmayacaq.
“Bir ilhamlanmış icmayıq və bu haqsızlığı düzəltmək üçün öz milli məhsulumuzu tərtib etmişik. “Woolik” – Ukraynanın möhtəşəm funksionallığa malik rahat sosial şəbəkəsidir. Bu sosial şəbəkə dünya analoqlarından geri qalmayacaq və onları üstələyəcək”, – deyə tərtibatçılar bildirib.
Onlar həmçinin qeyd edirlər ki, “Woolik”in missiyası Ukraynada insanların bütün dünya ilə effektiv kommunikasiya və ünsiyyət yaratması üçün müasir, estetik olaraq xoş, tez və rahat sosial şəbəkəni yaratmaqdır”.
Xatırlatma: Bu həftə Ukrayna özünün “Ukrainians” adlanan yeni sosial şəbəkəsini bağlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

%d bloqqer bunu bəyənir: